rss
twitter
    Ne mutlu Türküm diyene!

Qənirə Paşayeva TRT-nin Canlı Yayımında Çıxış Edib

Qənirə Paşayeva
Qənirə Paşayeva TRT-nin canlı yayımında çıxış edib

"Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün türklərin əsas məsələsi olmalıdır". Bunu millət vəkili Qənirə Paşayeva aprelin 24-də Strasburqdan, AŞPA-nın binasından Türkiyənin TRT HABER , TRT AVAZ kanallarının canlı yayımında səsləndirib.
O, qondarma erməni soyqırımı iddialarına qarşı Türk dünyasının birgə mübarizəsinin vacibliyindən danışıb.

Qənirə Paşayeva bildirib ki, Türk milləti heç bir zaman heç bir millətə, o cümlədən ermənilərə qarşı heç bir soyqırım həyata keçirməyib:

"Osmanlı imperiyası 500 il ərzində böyük bir coğrafi məkanı idarə edib. Amma 500 il sonra Osmanlı imperiyasından çıxan bütün xalqlar öz dillərinə, dinlərinə sahib olaraq çıxdılar. Osmanlı heç kimim nə dilinə, nə də dininə toxunmamışdı, bu bir tarixi gerçəkdir".

Millət vəkili Türkiyənin öz tarixini bütün çılpaqlığı ilə ortaya qoymağa hazır olduğunu bildirib:

"Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistana bütün arxivlərin açılması və tarixçilərdən ibarət bir komissiyanın yaradılması təklifi ilə çıxış etdi, amma Ermənistan və erməni diasporu qəbul etmədi. Çünki o zaman bütün gercəklər ortaya çıxacaqdı ".

Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaq lazımdır.

Millət vəkili bu il Şuşa və Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ilinin tamam olduğunu diqqətə çatdırıb və Ermənistanın bu ərazilərdə, o cümlədən işğal etdiyi digər Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, azərbaycanlıların milli-mədəni irs abidələrinin, qəbiristanlıqlarının dağıdılması, dinc əhaliyə qarşı apardığı soyqırımlar haqqında da danışıb.

0 yorum: