Prezident İlham Əliyev Türkiyə Respublikasının milli müdafiə naziri İsmet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Prezident İlham Əliyev Türkiyə Respublikasının milli müdafiə naziri İsmet Yılmazı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzuladı. Dövlətimizin başçısı prezidentlərin və baş nazirlərin ilk rəsmi səfərlərini qardaş ölkəyə etdiklərini vurğulayaraq bu ənənənin nazirlər səviyyəsində də davam etməsindən məmnunluğunu bildirdi. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlərdə, xüsusilə də müdafiə sahəsində uğurla inkişaf etdiyini qeyd etdi. Dövlətimizin başçısı Türkiyə Respublikasının milli müdafiə naziri İsmet Yılmazın Azərbaycana səfərinin ölkələrimizin müvafiq qurumları arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyini vurğuladı.
Türkiyə Respublikasının milli müdafiə naziri İsmet Yılmaz Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidentinə və Azərbaycan xalqına salamlarını və ehtiramını çatdırdı. İsmet Yılmaz nazir təyin olunduqdan sonra ilk rəsmi səfərini qardaş Azərbaycana etməsindən məmnunluğunu bildirdi. Ulu öndər Heydər Əliyevin dediyi “bir millət, iki dövlət” kəlamına toxunan türkiyəli nazir bunun artıq bütün dünyada qəbul olunduğunu vurğuladı.
Dövlət başçısı Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını qardaş ölkənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.
0 yorum:
Yorum Gönder